11 may 2026. Bazar ertəsi

DÇ-2022: Messi millinin son məşqində iştirak etmədi


DÇ-2022: Messi millinin son məşqində iştirak etmədi
Dünya çempionatının finalında çıxış edəcək Fransa ilə oyuna hazırlaşan Argentinada Lionel Messi son məşqdə iştirak etməyib. 
 
Corner.az İspaniya mətbuatına istinadənxəbər verir ki, Fransa PSJ-sində çıxış edən hücumçunun sol ayağında zədəsi var.
 
Xorvatiyaya 3:0 hesabı ilə qalib gəldikləri yarımfinal matçında bud nahiyyəsindən xəsarət alan 35 yaşlı futbolçunun durumu barədə rəsmi məlumat açıqlanmır. Amma Messi finala vəsiqə qazandıqları görüşdən sonra mətbuata müsahibəsində hər şeyin qaydasında olduğunu bildirib.

Xatırladaq ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək həlledici oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.






Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı