27 iyul 2026. Bazar ertəsi

FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlandı


FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlandı

FIFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir bəlli olub.

Corner.az-ın məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.

O, cari mundialdan qazanılan vəsaitin 10,5 milyard dollar təşkil etdiyini bildirib: "Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur".

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"