27 iyul 2026. Bazar ertəsi

DÇ-2022'nin final matçına təyinat alan hakimdən açıqlama


DÇ-2022'nin final matçına təyinat alan hakimdən açıqlama

DÇ-2022-nin final matçının baş hakimi Şimon Marçinyak Argentina – Fransa oyunu haqda fikirlərini bölüşüb.

Corner.az “Przeglad Sportowy”-a istinadən xəbər verir ki, o, həlledici görüş barədə bunları söyləyib:

“Əla oyun gözləyirəm. Argentina və Fransa hər saniyə gözlənilməz nəsə edə bilən iki böyük komandadır. Hər iki komandanın oyununa əvvəlki mərhələlərdə təyinat almışıq. Bu, bizim üçün böyük oyun olacaq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, matçdan sonra hakimlər haqqında bir kəlmə də mənfi bir şey danışılmasın”.

Marçinyak bundan öncə DÇ-2022-nin qrup mərhələsinin Fransa – Danimarka (2:1), 1/8 final mərhələsinin isə Argentina – Avstraliya (2:1) oyunlarını idarə edib.

DÇ-2022-nin final matçında Fransa millisi Argentina ilə qarşılaşacaq. Oyun dekabrın 18-də keçiriləcək.







Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"