7 aprel 2026. Çərşənbə axşamı

FİFA bu təyinatla böyük riskə gedir


FİFA bu təyinatla böyük riskə gedir
FİFA-nın Qətərdəki dünya çempionatında üçüncü yer uğrunda qarşılaşacaq Xorvatiya və Mərakeş yığmalarının oyununu yerli hakimlərə tapşırması Avropa təmsilçisinin düşərgəsində narazılıqla qarşılanıb. Corner.az xəbər verir ki, xorvatlar qətərli hakimlərin Mərakeş yığmasına simpatiya bəsləyəcəyini düşünürlər.
 
Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç də etiraf edib. O, bu gün matçdan öncə baş tutan mətbuat konfransında FIFA-nın böyük riskə getdiyini bildirib:
 
“Hesab edirəm ki, FIFA bu hakimi bizim oyunumuza təyin etməklə böyük riskə gedir. Belə bir prinsipial matçın qətərli hakimlərə həvalə edilməsi doğru qərar deyil. Ümid edirəm ki, matçdan sonra hakimin hərəkətinə münasibət bildirməyəcəyik. Mən onun tərəfindən hər şeyin düzgün olmasını istərdim".
 
Dekabrın 17-də baş tutacaq Xorvatiya - Mərakeş matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.






Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı