7 aprel 2026. Çərşənbə axşamı

DÇ-2022: Xorvatiya dünya üçüncüsü oldu


DÇ-2022: Xorvatiya dünya üçüncüsü oldu

Qətərdə təşkil olunan dünya çempionatında bu gün üçüncü yer uğrunda oyun keçirilib. Corner.az xəbər verir ki, bürünc medal uğrunda mübarizə yarımfinalda məğlub olan Mərakeş və Xorvatiya yığmaları arasında baş tutub.

Mərakeş tairixində ilk dəfə mundialda bürünc medallar uğrunda mübarizə aparırdı. Xorvatiya millisi isə qələbə qazanacağı halda tarixində ikinci dəfə dünya üçüncüsü ünvanına sahib olacaqdı. Onlar ilk dəfə DÇ-1998-də Niderlanda 2:1 hesabı ilə qalib gələrək, bu titulu qazanmışdı. Üç qolun qeydə alındığı bu görüşdə xorvatlar qalib gələrək tarixində ikinci dəfə dünya üçüncüsü olub.

Xatırladaq ki, Mərakeş yarımfinalda Fransaya 0:2, Xorvatiya isə Argentinaya 0:3 hesabıyla uduzub.

Əlavə edək ki, dünya çempionatının qalibi isə sabah Fransa və Argentina yığmaları arasındakı oyunda müəyyənləşəcək.

Dünya çempionatı
3-cü yer uğrunda oyun
17 dekabr

Xorvatiya – Mərakeş 2:1
Qol: Yoşko Qvardiol, 7. Mislav Orşiç, 42 - Əşrəf Dari, 9.
Baş hakim: Abdulrahman Əl-Jassim (Qətər).
“Xəlifə” stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 2. Yosip Stanişiç, 4. İvan Perişiç, 7. Lovro Mayer, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 14. Marko Livaya, 18. Mislav Orşiç, 20. Yoşko Qvardiol, 24. Yosip Şutalo.
Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 4. Sofyan Amrabat, 7. Hakim Ziyeş (k), 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf Ən-Nəsir, 18. Vavad Əl-Yamiq, 20. Əşrəf Dari, 23. Bilal Əl-Xannus, 25. Yəhya Attiat-Alla.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı