1 oktyabr 2026. Cümə axşamı

Fərqli senarilərə hazır olmalıyıq


Fərqli senarilərə hazır olmalıyıq
Futbol üzrə Fransa yığmasının baş məşqçisi Didye Deşam Qətərdəki dünya çempionatının finalında Argentinaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Möhtəşəm bir atmosferdə final oynayacağıq. Matçın sonunda komandalardan biri üçüncü dəfə dünya çempionu olacaq. Tribunalarda argentinalı fanatların daha çox olması bizi qorxutmur. Çünki sabah meydanda bizimlə onlar yox, Argentina yığması oynayacaq. Ümid edirəm ki, festival kimi bir atmosfer yaşayacağıq. 
 
Dörd il öncə də Argentina yığmasıyla qarşılaşmışdıq. Amma indiki komanda fərqlidir. Düzülüşləri, oyun anlayışları çox fərqlənir. Argentinanı analiz edən bir komandamız var. Fərqli senarilərə hazır olmalıyıq.
 
Fransa yığmasını çalışdırmaq mənim üçün çox möhtəşəm bir fürsət idi. Amma mənim üçün milli komanda və onun nəticələri daha önəmlidir. Yığmadakı gələcəyim sabahkı finalın nəticəsindən asılı olmayacaq”.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər