30 iyun 2026. Çərşənbə axşamı

Xorvat futbolçu həm rekordçu, həm də ən yaxşı oldu


Xorvat futbolçu həm rekordçu, həm də ən yaxşı oldu
Qətərdə təşkil olunan dünya çempionatında Mərakeşə qarşı keçirilmiş 3-cü yer uğrunda oyun Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol üçün əlamətdar olub. Corner.az xəbər verir ki, gənc futbolçu 5-ci dəqiqədə komandasının ilk qolunu vurub.
 
Bununla da müdafiəçi mundiallar tarixində qol vurmağa nail olan ən gənc xorvat futbolçuya çevrilib. O, bunu 20 yaş 328 günlüyündə bacarıb. Bundan əvvəlki rekord İvitsa Oliçə (22 yaş 267 gün, DÇ-2002) məxsus idi.
 
Yoşko Qvardiol həm də 3-cü yer uğrunda matçın ən yaxşısı seçilib. 
 
Xatırladaq ki, Xorvatiya millisi Mərakeşlə oyunda 2:1 hesabıyla qalib gələrək DÇ-2022-nin bürünc medalına sahib çıxıb.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"