1 oktyabr 2026. Cümə axşamı

DÇ-2022: Fransa yığmasının xəstə olan futbolçularından XƏBƏR VAR


DÇ-2022: Fransa yığmasının xəstə olan futbolçularından XƏBƏR VAR

Fransa millisinin qripə yoluxan futbolçuları Rafael Varan və İbrahima Konate sağalıblar.

Corner.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, Argentina yığmasına qarşı keçiriləcək dünya çempionatının final oyunu öncəsi sözügedən müdafiəçiləri kollektivlə birgə məşqlərə başlayıblar.

Onlardan fərqli olaraq, yarımmüdafiəçi Kinqsli Koman otağında təcrid olunmuş vəziyyətdə qalmağa davam edir. Fransa Futbol Federasiyası xəstəliyin yayılmasının qarşısını almaq üçün komandanın qaldığı otelin bütün işçilərindən maska ​taxmağı tələb olunub. Həmçinin, otelin dəhlizlərinə və yeməkxanalarına antiseptik gellər qoyulub.

Qeyd edək ki, dekabrın 18-də Fransa ilə Argentina arasında keçiriləcək DÇ-2022-nin final görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər