1 oktyabr 2026. Cümə axşamı

Kəpəz'in futbolçuları finalda kimə azarkeşlik edəcək?


Kəpəz'in futbolçuları finalda kimə azarkeşlik edəcək?

Qətərdə keçirilən dünya çempionatının finalında Argentina və Fransa yığmaları qarşılaşacaq. Corner.az xəbər verir ki, “Kəpəz”in futbolçularının həlledici oyunda kimə azarkeşlik edəcəyi müəyyənləşib.

Onlar bu barədə klubun mətbuat xidmətinə açıqlama veriblər:

Tural Axundov: “Favoritim Argentinadır. Bu yığma daha yaxşı oyun sərgiləyir. Xüsusən də Lionel Messinin adını çəkə bilərəm. Elə Messiyə görə Argentina deyirəm”.

Mixeili Erqemlidze: “Şübhəsiz ki, Argentina qalib gələcək. Çünki orada Messi oynayır. O, dünyanın ən yaxşı futbolçusudur”.

Yeqor Xvalko: “Fransanın qələbə qazanmasını istəyirəm. Onların oyunu mənim çox xoşuma gəlir”.

Tural Rzayev: “Argentinaya azarkeşlik edəcəm. Başqa cür də ola bilməz. Bu komandada Messi oynayır. Futbolun ona dünya kuboku borcu var. Mən belə düşünürəm”.

Mate Kvirkviya: “Təbii ki, Argentinaya azarkeşlik edirəm. Mənim kumirim orada çıxış edir. Messini nəzərdə tuturam”.

Peyman Keşavarzi: “Mən Argentina deyirəm. Messinin azarkeşiyəm”.

Kamran İbrahimov: “Fransaya azarkeşlik edəcəm. Çünki Argentina yığması xoşuma gəlmir. Fransa komandasında Kilian Mbappe kimi ulduz futbolçu çıxış edir. Kərim Benzemanın yoxluğunda hücum xətinin lideri məhz Mbappedir. Antuan Qrizmanı da unutmayaq. Onlar millini titula  daşımalıdırlar”.

Abdullahi Şuaybu: “Argentinaya üstünlük verirəm. Messiyə görə bu komandanın qalib gələcəyini düşünürəm”.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər