- Dünya çempionatı
- 22:07 12.11.2024
Bu gün Qətərdə təşkil olunan dünya çempionatının qalibi bəlli olub. Corner.az xəbər verir ki, həlledici oyunda Argentina və Fransa yığmaları qarşılaşıblar.
İndiyə qədər sözügedən komandalar hərəyə iki dəfə dünya çempionu ünvanına sahib olmuşdular. Argentina millisi 1978 və 1986-cı illərdə mundialın ən güclüsü olmuşdusa, Fransa yığması 1998 və 2018-ci illərdəki dünya çempionatlarının qalibi olmuşdu. Bu oyun isə komandalardan biri tarixində üçüncü dəfə dünya çempionu olacaqdı.
Altı qolun qeydə alındığı bu qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu səbəbdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq olan Argentina yığması tarixində 3-cü dəfə dünya çempionu olub.
Xatırladaq ki, ötən gün baş tutmuş 3-cü yer uğrunda oyunda Xorvatiya yığması Mərakeşlə oyundan 2:1 hesablı qələbə ilə ayrılaraq bürünc medallara sahib çıxıb.
Dünya çempionatı
Final
18 dekabr
Argentina – Fransa 3:3 (penaltilər 4:2)
Qol: Lionel Messi, 22-pen; 109. Anxel Di Mariya, 36 - Kilian Mbappe, 80-pen; 81; 118-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Lusail” stadionu.
Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Fransa: 1. Uqo Lyoris (k), 4. Rafael Varan, 5. Jül Kunde, 7. Antuan Qrizmann, 8. Orelyen Çuameni, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 11. Usman Dembele, 14. Adrian Rabyo, 18. Dayo Upamekano, 22. Teo Hernandes.