30 iyun 2026. Çərşənbə axşamı

DÇ-2022-nin ən yaxşıları açıqlandı


DÇ-2022-nin ən yaxşıları açıqlandı
Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının ən yaxşıları bəlli olub. Corner.az xəbər verir ki, Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes bu mundialın ən yaxşı gənc futbolçusu seçilib.
 
Argentina yığmasının qapısını qoruyan Emiliano Martines DÇ-nin ən yaxşısı qapıçısı ünvanına sahib olub.
 
Cənubi Amerika təmsilçisinin lideri və kapitanı Lionel Messi isə bu dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
 
Fransa yığmasının hücumçusu Kilian Mbappe isə dünya çempionatının bombardiri kimi mükafatlandırılıb. O, bu mundialda 8 qol vurmağa nail olub. İkinci yeri isə 7 qola imza atmış Lionel Messi tutub.
 
Bildirək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) argentinalılar 3-cü dəfə dünya çempionu olublar.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"