5 dekabr 2025. Cümə

Messi'dən tarixi rekord, Di Mariyadan ilk


Messi'dən tarixi rekord, Di Mariyadan ilk
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında yeni rekorda imza atıb. Corner.az xəbər verir ki, DÇ-2022-nin finalında Fransaya qarşı keçirdikləri matçın start heyətində yer alan 35 yaşlı forvard mundiallar tarixində ən çox oyun keçirən futbolçuya çevrilib.
 
Ulduz oyunçu bununla da Lotar Matteusa məxsus olan rekordu yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı.
 
Bildirək ki, Messi bir neçə gün əvvəl verdiyi açıqlamada bu finalın onun üçün dünya çempionatlarında sonuncu oyun olacağını açıqlamışdı. Beləliklə, Messinin rekordu elə 26 oyundan ibarət olaraq tarixdə qalacaq.
 
Argentina millisinin digər futbolçusu Anxel Di Mariya da yeni rekorda imza atıb. 34 yaşlı futbolçu DÇ-2022-nin finalında qol vurmaqla mundialın, Amerika kubokunun və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl qazandırmışdı. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kubokunun finalında Braziliya ilə oyunda (1:0) qələbə qoluna imza atmışdı.






Dünya çempionatı

FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
  • Dünya çempionatı
  • 22:52 25.11.2025
FİFA DÇ-2026-nın son səbətlərini açıqladı
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
  • Dünya çempionatı
  • 22:48 25.11.2025
“Problemin bizimlə heç bir əlaqəsi yoxdur”
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi
  • Dünya çempionatı
  • 21:13 25.11.2025
FİFA Ronaldoya bir oyunluq diskvalifikasiya verdi