21 noyabr 2024. Cümə axşamı

DÇ-2022-də penalti rekordu


DÇ-2022-də penalti rekordu
Qətərdə keçirilən dünya çempionatında penaltilərlə bağlı yeni rekordlar qeydə alınıb. Corner.az xəbər verir ki, ötən gün başa çatan mundialda beş oyunun qalibi 11 metrlik zərbələrdən sonra bəlli olub.
 
İndiyədək heç bir turnirdə belə hal gerçəkləşməyib. Pley-offda Xorvatiya - Yaponiya, Mərakeş - İspaniya, 1/4 final mərhələsində Argentina - Niderland, Xorvatiya - Braziliya və finalda Argentina - Fransa matçları bu cür sonluqla bitib.
 
Bundan əlavə, Argentina millisinin ulduz futbolçusu Lionel Messi də 11 metrlik cərimə zərbəsi sayında rekordlar müəyyənləşdirib. 35 yaşlı hücumçu bir yarışda əsas və əlavə vaxtda ən çox penalti (5) yerinə yetirən yeganə oyunçu olub. Bundan əlavə, o, ümumi sayı 6-ya çatdıraraq ingiltərəli Harri Keyni (5) geridə qoyub.
 
Turnir tarixində ilk dəfə bir komanda (Argentina) 5 dəfə penaltidən yararlanıb, həmçinin final görüşündə qapılara üç 11 metrlik cərimə zərbəsi təyin olunub.
 
Xatırladaq ki, Cənubi Amerika təmsilçisi həlledici qarşılaşmada Fransanı məğlubiyyətə uğradıb – 3:3, penaltilər - 4:2.






Dünya çempionatı

Martinez Argentina millisində oynamayacaq
  • Dünya çempionatı
  • 22:07 12.11.2024
Martinez Argentina millisində oynamayacaq
37 yaşlı Vidal milliyə çağırılıb
  • Dünya çempionatı
  • 10:50 12.11.2024
37 yaşlı Vidal milliyə çağırılıb
Neymar bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 15:00 30.10.2024
Neymar bu oyunları buraxacaq
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"