4 fevral 2026. Çərşənbə

Ronaldodan Messi ilə bağlı paylaşım


Ronaldodan Messi ilə bağlı paylaşım
Braziliyalı keçmiş hücumçu Ronaldo sosial şəbəkə hesabında paylaşım edib. Corner.az xəbər verir ki, 46 yaşlı keçmiş oyunçu argentinalı hücumçu Lionel Messini dünyanın yox, bütöv dövrün ən yaxşı kapitanı adlandırıb:
 
“Heyrətamiz final matçına dünyanın müxtəlif yerlərindən, eyni zamanda, Braziliyadan Messiyə dəstək olmaq üçün gedən insanların şahidi oldum. O, təkcə dünya çempionatının yox, həm də bütöv bir dövrün ən yaxşı kapitanıdır. Dahiyə layiq vida idi. Dieqo Maradonanın da iştirak etdiyi bir ziyafət xəyal edirəm. Braziliyada sizi ürəkdən alqışlayacaq minlərlə insan gözləyir”.
  
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
 
Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həlledici matçda turnirin ən yaxşı oyunçusu titulunun da sahibi olub.
 







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı