14 dekabr 2025. Bazar günü

Şəxsən mən kədərliyəm


Şəxsən mən kədərliyəm
Argentina millisinin hücumçusu Lautaro Martines DÇ-2022-nin finalında Fransa millisi üzərində qələbədən sonra (3:3, penaltilər – 4:2) fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, kədərli olduğu qədər xoşbəxt olduğunu söyləyib:
 
“Bu, heyrətamiz nəticədir. Biz ölkəmizin tarixinə adımızı yazdırmağ bacardıq. Hazırda nələrin baş verdiyini tam dərk edə bilmirik. Şəxsən mən bir az kədərliyəm. Çünki dünya çempionatında istədiyim kimi oynaya bilmədim. Amma mən yenə də xoşbəxtəm.
 
Biz bir komandayıq və bu uğura birlikdə nail olmuşuq. Çox xoşbəxtəm. Komanda yoldaşlarıma, ailəmə minnətdaram. Argentina xalqı bizi gözləsin, qələbəni bir yerdə qeyd edək”.
 
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.






Dünya çempionatı

"Zirə"nin futbolçusu milliyə dəvət alıb
  • Dünya çempionatı
  • 12:06 14.12.2025
"Zirə"nin futbolçusu milliyə dəvət alıb
Ançelotti yeni müqavilə imzalayacaq
  • Dünya çempionatı
  • 23:58 12.12.2025
Ançelotti yeni müqavilə imzalayacaq
Benzema milliyə qayıda bilər
  • Dünya çempionatı
  • 21:59 11.12.2025
Benzema milliyə qayıda bilər
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”
  • Dünya çempionatı
  • 15:17 06.12.2025
“DÇ-2026 ABŞ üçün böyük imkan olacaq”