27 mart 2026. Cümə

Neymar'ın millidəki gələcəyi ilə bağlı qərarı


Neymar'ın millidəki gələcəyi ilə bağlı qərarı

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisində çıxışını davam etdirəcək.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı forvard yığmadakı karyerasını bitirmək qərarına gəlsə də, komanda yoldaşları onu fikrindən daşındırmağa nail olublar.

Neymarın Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən sonra "sambaçılar"ın şərəfini qorumaqdan imtina edəcəyi ilə bağlı iddialar yayılmışdı. İddiaya görə, ulduz futbolçu milli komanda ilə birdəfəlik vidalaşmaq niyyətində olmasa da, bir müddət yığmada çıxış etmək istəmirdi.

Lakin Vinisius Junior, Rodriqo, Rişarlison, Rafinya, Lukas Paketa və Antoninin təkidindən sonra Neymar Braziliya seçməsində qalmağa razılıq verib.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"