30 iyun 2026. Çərşənbə axşamı

FİFA-nın DÇ-da iştirak edən millilərə ödəyəcəyi məbləğ açıqlandı


FİFA-nın DÇ-da iştirak edən millilərə ödəyəcəyi məbləğ açıqlandı

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub.

Corner.Az “NBC Sports”a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur.

Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək.

Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq.

Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"