7 aprel 2026. Çərşənbə axşamı

Messi və Di Mariya 84 illik uğuru təkrarladılar


Messi və Di Mariya 84 illik uğuru təkrarladılar
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Yay Olimpiya Oyunlarının və dünya çempionatının qalibi olan futbolçuların adlarını açıqlayıb. Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ümumilikdə 13 oyunçu yer alıb.
 
Son olaraq Qətərdəki DÇ-2022-nin qalibi olan Argentina millisinin üzvləri Lionel Messi və Anxel Di Mariya bu cədvələ düşüblər. Onlar 2008-ci ildə Olimpiadanın qalibi olublar. Messi və Di Mariya 84 ildən sonra bunu bacaran ilk futbolçulardır.
 
Argentinalılara qədər həm Olimpiya Oyunlarını, həm də dünya çempionatını qazanan 11 oyunçunun hər biri bu nailiyyətə İkinci Dünya Müharibəsindən əvvəl imza atıb. Onlardan 7-si uruqvaylı, 4-ü isə italiyalıdır.
 
Joze Andrade (Uruqvay) - Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930
 
Ektor Kastro (Uruqvay) - Olimpiada-1928, DÇ-1930
 
Pedro Sea (Uruqvay) - Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930
 
Lorentso Fernandes (Uruqvay) – Olimpiada-1928, DÇ-1930
 
Alvaro Gestido (Uruqvay) - Olimpiada-1928, DÇ-1930
 
Joze Nasazzi (Uruqvay) - Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930
 
Ektor Skarone (Uruqvay) - Olimpiada-1924, Olimpiada-1928, DÇ-1930
 
Serxio Bertoni (İtaliya) - Olimpiada-1936, DÇ-1938
 
Alfredo Foni (İtaliya) - Olimpiada-1936, DÇ-1938
 
Uqo Lokatelli (İtaliya) - Olimpiada-1936, DÇ-1938
 
Pietro Rava (İtaliya) - Olimpiada-1936, DÇ-1938
 
Lionel Messi (Argentina) - Olimpiada-2008, DÇ-2022
 
Anxel Di Mariya (Argentina) - Olimpiada-2008, DÇ-2022






Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı