1 oktyabr 2026. Cümə axşamı

Onlar bizim güc və motivasiya mənbəyimizdi - Modriç


Onlar bizim güc və motivasiya mənbəyimizdi - Modriç

Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç DÇ-2022 haqda fikirlərini bölüşüb.

Corner.Az “Sportske”-yə istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi xorvatlıların paytaxt Zaqrebdə milli komandanın üzvlərini qarşılamasını belə şərh edib:

“Təəssüratlarımız təzədir. Arzularım qəbul olundu. Nə deyə bilərəm? Sadəcə fantastika! Yerli əhalinin bizi belə qarşılayacağını bilirdik. Lakin düzünü desəm, həmin gecə çox soyuq olduğu üçün izdihamın olacağını düşünmürdüm. Bu, həqiqətən, bizə çox təsir etdi. Xalqımızın sevgisini duyduq. Onların bizim güc və motivasiya mənbəyi olduğunu bir daha hiss etdik.

Yanımızda xoşbəxtliyi bölüşəcək kimsə yoxdursa, kubok və medallar kimə lazımdır? İnsanların üzündəki xoşbəxtliyi görəndə uğurumuzun mahiyyətini daha da yaxşı başa düşürük”.

Bildirək ki, Xorvatiya millisi DÇ-2022-də üçüncülük uğrunda matçda Mərakeşi məğlub edərək (2:1), bürünc medala sahib çıxıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər