26 iyul 2026. Bazar günü

Məşhur braziliyalı həbs edilir


Məşhur braziliyalı həbs edilir
Futbol üzrə Braziliya milli komandasının müdafiəçisi, UEFA Çempionlar Liqasının üçqat qalibi Dani Alves təcavüzə görə həbs olunacaq. Corner.az xəbər verir ki, bu barədə “Antenna-3” telekanalı məlumat yayıb.
 
Məlumatda, 39 yaşlı futbolçunun yanvarın 20-də həbs olunacağı iddia edilib. Telekanalın məlumatına görə, futbolçu dərhal dindiriləcək, bundan sonra prokuror futbolçunun həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcək.
 
Xatırladaq ki, daha öncə məhkəmə 2022-ci ilin dekabr ayının sonunda Barselonada diskotekada bir futbolçunun qadına qarşı cinsi zorakılıq etməsi iddiası ilə əlaqədar cinsi zorakılıq işi üzrə istintaq hərəkətlərinə başladığını açıqlamışdı. Alves və ətrafı bütün ittihamları rədd edir.






Dünya çempionatı

"Bu, Almaniya millisində yeni başlanğıcdır"
  • Dünya çempionatı
  • 22:49 24.07.2026
"Bu, Almaniya millisində yeni başlanğıcdır"