27 mart 2026. Cümə

Seneqalla Fil Dişi Sahili də 1/4 finalda


Seneqalla Fil Dişi Sahili də 1/4 finalda

Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Corner.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyində bu gün daha 2 qarşılaşma baş tutub.

B qrupunda “Seneqal” yığması Konqo Demokratik Respublikası ilə qarşılaşıb və 3 cavabsız qolla qalib gələrək qrup lideri kimi 1/4 finala yüksəlib. Uqanda və Fil Dişi Sahili yığmalarının oyununda isə sonuncular inamlı qələbə qazanaraq qrup ikincisi kimi mərhələ adlayıblar.

Xatırladaq ki, daha öncə Əlcəzair və Mozambik yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

Afrika Millətlər Kuboku
B qrupu
22 yanvar

Seneqal – Konqo DR 3:0
Qol: Diuf, 23. Diallo, 74. Siadi, 77-öz qapısına.

Uqanda – Fil Dişi Sahili 1:3
Qol: Vaysva, 34 – Sankara, 12. Uotro, 27. Kramo, 78.

Xal: Seneqal – 6. Fil Dişi Sahili, 4. Uqanda – 4. Konqo DR – 2.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"