14 may 2026. Cümə axşamı

Madaqaskar qrupdan lider kimi çıxdı, Qana ikinci oldu


Madaqaskar qrupdan lider kimi çıxdı, Qana ikinci oldu

Afrika Millətlər Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir. Corner.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində bu gün daha bir qarşılaşma baş tutub.

Madaqaskar millisi Sudan yığması ilə qarşılaşıb və 3 cavabsız qolla qələbə qazanaraq 1/4 finala qrup lideri kimi çıxıb.

Mərakeşin turnirdən imtinası səbəbindən, Qana yığması bu dəfə oynamadan 3 xal qazanıb və qrup ikincisi kimi 1/4 finala yüksəlib.

Daha öncə Əlcəzair, Mozambik, Seneqal və Fil Dişi Sahili yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.

Afrika Millətlər Kuboku
C qrupu
23 yanvar

Sudan - Madaqaskar 0:3
Qol: Randriantsiferana, 13. Razafidranaivo, 30. Rafanomezantsoa, 33.

Xal: Madaqaskar – 9. Qana – 6. Sudan – 3. Mərakeş – 0.







Dünya çempionatı

Norveç millisi Xaykinlə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 22:36 14.05.2026
Norveç millisi Xaykinlə bağlı qərar verdi
Almaniya yığmasında Noyer sürprizi
  • Dünya çempionatı
  • 22:32 14.05.2026
Almaniya yığmasında Noyer sürprizi