4 fevral 2026. Çərşənbə

Varan millidən getdi


Varan millidən getdi

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

Corner.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi yığmanın heyətində oynamaqdan imtina edib.

Varan fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atdığını bildirib. Təcrübəli oyunçu ailəsi ilə daha çox vaxt keçirmək istədiyini də vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı