1 oktyabr 2026. Cümə axşamı

Dünya çempionatı Səudiyyə Ərəbistanına verildi


Dünya çempionatı Səudiyyə Ərəbistanına verildi
2023-cü ilin klublararası dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək. Corner.az xəbər verir ki, bu, 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyən ölkə üçün XXI əsrdə ilk FİFA turniridir. Turnirin dekabr ayında təşkil olunacağı bildirilir.
 
Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Faysal DÇ-nin onlara həvalə olunması ilə fikirlərini bölüşüb: “Biz bununla fəxr edirik. Dünyanın aparıcı futbol klublarını və onların azarkeşlərini Səudiyyə Ərəbistanında salamlamaqdan çox məmnunuq. Bu, ölkədə futbolu inkişaf etdirməyimiz yolunda daha bir mühüm addımdır. İnanıram ki, hər kəs bir çox səviyyələrdə əldə etdiyimiz danılmaz inkişafı görə biləcək. Bu, bizim insanlarımız üçün çox şey deməkdir, çünki 35 yaşa qədər əhalinin 70%-i sadəcə futbol çılğınıdır”.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu il dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Yaxın Şərq dövləti bunun üçün Yunanıstan və Misirlə birgə ərizə vermək niyyətindədir.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər