8 aprel 2026. Çərşənbə

Rusiya millisi boş tribunalar qarşısında oynayacaq


Rusiya millisi boş tribunalar qarşısında oynayacaq
İranla Rusiyanın futbol üzrə milli komandalarının yoldaşlıq görüşü azarkeşsiz baş tutacaq. Corner.az xəbər ki, İran Futbol Federasiyasının mətbuat xidməti Rusiya millisi ilə yoldaşlıq matçının böyük ehtimalla, azarkeşsiz keçəcəyini təsdiqləyib:
 
“Hazırda biz bilirik ki, Rusiya və İran milli komandaları arasında görüş tamaşaçısız keçiriləcək. Lakin hələlik rəsmi qərar yoxdur. Ola bilsin ki, plan dəyişsin və oyun azarkeşlərin iştirakı ilə keçirilsin. Bir şeyi deyək: bu yoldaşlıq görüşünə bilet satışı yoxdur, amma bəlkə, gələcəkdə nəsə dəyişəcək”.
 
İran – Rusiya oyunu martın 23-də, Tehrandakı 78 116 tamaşaçı tutumlu “Azadi” stadionunda keçiriləcək.
 
Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Komanda DÇ-2022-ni də buraxıb. Həmçinin Rusiya millisi AÇ-2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.






Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı