1 oktyabr 2026. Cümə axşamı

Serbiya Kosovonu UEFA-ya şikayət etdi


Serbiya Kosovonu UEFA-ya şikayət etdi
Serbiya Kosovonun şimalındakı idman və futbol klublarının basqı və təhdid altında olduğu iddiası ilə UEFA-ya şikayət məktubu göndərib. Corner.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyası (FSS) məlumat yayıb.
 
FSS tərəfindən UEFA prezidenti Aleksandr Çeferinə ünvanlanmış məktubda Kosovodakı Serbiya klublarının futbolçularına öz stadionlarında məşq etməyə, yerli turnirlər keçirməyə imkan verilmədiyi diqqətə çatdırılıb. Serbiya klublarının təhdid altında olduğu üçün UEFA-dan Kosovo qarşısında bu kimi hallara son qoyulmasını tələb etməsi istənilib.
 
Xatırladaq ki, Kosovo Futbol Federasiyası 2016-cı ildən UEFA və FİFA-ya üzv olsa da, ölkənin şimalında, daha çox serblərin yaşadığı bölgələrdəki idman turnirləri Serbiya tərəfindən təşkil olunur. Serbiya 2008-ci ildə müstəqilliyini elan etmiş Kosovonu hələ də öz ərazisi kimi tanıyır.






Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər