30 iyun 2026. Çərşənbə axşamı

DÇ-nin yeni ev sahibi bəlli oldu


DÇ-nin yeni ev sahibi bəlli oldu
20 yaşadək futbolçular arasında növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. Corner.az xəbər verir ki, FIFA bu hüququ Argentinaya verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
U-20-lər arasında mundialın əvvəlcə İndoneziyada təşkili planlaşdırılsa da, FIFA siyasi səbəbdən ev sahibliyini başqa ölkəyə tapşırmaq qərarına gəlib. Nəticədə Argentina Futbol Assosiasiyasının təqdim etdiyi ərizə təsdiqlənib.
 
Ali futbol qurumunun nümayəndə heyəti turnirin keçirilməsi üçün nəzərdə tutulan stadionlara baş çəkərək müsbət rəy verib.
 
Mayın 20-dən iyunun 11-dək baş tutacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək. Argentina millisi ev sahibi kimi İndoneziya yığmasını əvəz edəcək.






Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"