30 iyun 2026. Çərşənbə axşamı

Braziliya - Argentina matçında azarkeşlər dava salıblar - FOTO - VİDEO

Braziliya - Argentina matçında azarkeşlər dava salıblar.


Braziliya - Argentina matçında azarkeşlər dava salıblar  - FOTO - VİDEO

Braziliya - Argentina matçında azarkeşlər dava salıblar.

90deqiqe.az xəbər verir ki, Dünya Çempionatı - 2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina matçında iki ölkənin dövlət himnlərinin səsləndirilməsi zamanı azarkeşlər arasında münaqişə yaranıb. Oyun Bakı vaxtı ilə saat 4:30-da başlamalı olsa da, matçın startı təxirə salınmalı olub. Belə ki, dövlət himninin səsləndirilməsi zamanı bir neçə azarkeş arasında dava düşüb və sonda bu, böyük qalmaqala çevrilib. Azarkeşləri ayırmaq üçün polis müdaxilə edib. Asayiş keşikçiləri onlara tribunadan çıxarılmış stullarla vuran dava iştirakçılarına qarşı dəyənəkdən istifadə edib. Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi komanda ilə birlikdə tribunalara gedərək azarkeşləri sakitləşdirməyə çalışsa da, cəhdləri uğursuz alınıb. Bundan sonra o, komandanı meydandan kənarlaşdırıb. Braziliyalı futbolçular isə meydançada  rəsmilərin qərarını gözləyiblər.







Dünya çempionatı

"Bacardığımız hər şeyi etdik"
  • Dünya çempionatı
  • 00:20 30.06.2026
"Bacardığımız hər şeyi etdik"
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
  • Dünya çempionatı
  • 00:15 30.06.2026
"Komandama kömək etdiyim üçün xoşbəxtəm"
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
  • Dünya çempionatı
  • 23:59 29.06.2026
Kazemiro 11 gün sonra Bebetonu geridə qoya bilər
"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"