- Dünya çempionatı
- 20:17 29.01.2026
“Əl-Hilal”ın futbolçusu Neymarın Amerika kubokunda oynamayacaq.
90deqiqe.az xəbər verir ki, bu barədə yığmanın həkimi Rodriqo Lasmar məlumat verib.
O, ulduz futbolçunun bərpa dönəminin ləng getdiyini bildirib: “Çox az vaxt keçdi, bərpa mərhələlərini geridə qoymaq hələ mümkün deyil. Biz Neymarın 2024-25 mövsümünün əvvəlində, yəni avqustda qayıtmağa hazır olacağını gözləyirik”.
Qeyd edək ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Neymarın oktyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvayla görüşdə (0:2) ön çarpaz bağ və menisküsü cırılıb.