- Dünya çempionatı
- 22:53 04.12.2025
Argentina milli komandası ölkə prezidentinin Xavier Mileyin təkliflərinə görə beynəlxalq turnirlərdən uzaqlaşdırıla bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 53 yaşlı ölkə başçısı təcili zərurət haqqında fərmanda qeyd edildiyi kimi klubların idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini bildirib.
Argentina İdman Konfederasiyası (CAD) bu təklifə qarşı çıxıb, buna səbəb Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulması olub. Müdaxilə səbəbindən Argentina millisi Amerika Kuboku və Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.
Miley ötən il dekabrn 20-də xalqa müraciət edərək, iqtisadiyyatın tənzimlənməsinin dayandırılmasına yönəlmiş islahatlarla fövqəladə fərman imzaladığını açıqlamışdı.