22 oktyabr 2024. Çərşənbə axşamı

Təyyarədə oksigen çatışmadı, futbolçular huşunu itirdi

Afrika Millətlər Kubokunda iştirak etmək üçün təşkilatın keçiriləcəyi Fil Dişi Sahilinə gedən Qambiya Milli Komandasını daşıyan təyyarə havaya qalxdıqdan qısa müddət sonra oksigen çatışmazlığı səbəbindən təcili eniş edib.

90deqiqe.az xəbər verir ki, Qambiya Futbol Federasiyasından verilən açıqlamaya görə, qrupu daşıyan təyyarə havaya qalxdıqdan 9 dəqiqə sonra kabinədəki təzyiq və oksigen səviyyəsinin aşağı olması səbəbindən paytaxt Bancula qayıdıb.

Ölkə mətbuatında yer alan xəbərlərdə, aralarında Türkiyə klublarından "Beşiktaş"ın futbolçusu Omar Kolli və "Ankaragücü"nün futbolçusu Ali Sounun da olduğu futbolçuların nəfəs almaqda çətinlik çəkdiyi, bəzi futbolçuların huşunu itirdiyi bildirilib.

Qambiya baş məşqçisi Tom Saintfiet bildirib ki, təyyarəyə minən kimi yuxuya gediblər:

"Həyatımın necə olduğu ilə bağlı qısa yuxular görmüşdüm. Demək olar ki, karbonmonoksit zəhərlənməsinə məruz qalacaqdıq. Yarım saat daha uçsaydıq, uçurduq. Hamısı öləcəkdi. Bəzi oyunçular enişdən dərhal sonra oyanmadılar." 

Futbolçulardan Saidy Janko da İnstaqram hesabında təyyarədə həddindən artıq isti olduğunu qeyd edib: "Çox kiçik bir təyyarə idi və tər içində idik. İnsanlar dərin yuxuya getməyə başladılar. Şiddətli ağrılar və başgicəllənmələr var idi. dedi.

Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq