22 oktyabr 2024. Çərşənbə axşamı

Afrika Kubokunun ən bahalı futbolçuları açıqlandı

"Transfermarkt" portalı bu gündən etibarən Afrika Kubokunun ən bahalı oyunçularının siyahısını açıqlayıb.


Afrika Kubokunun ən bahalı futbolçuları açıqlandı

"Transfermarkt" portalı bu gündən etibarən Afrika Kubokunun ən bahalı oyunçularının siyahısını açıqlayıb.

90deqiqe.az-ın məlumatına görə, siyahıya “Napoli”nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhen başçılıq edir. Futbolçunun transfer dəyəri 110 milyon avrodur. Bu mövsüm Osimhen bütün yarışlarda 18 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib və 5 sarı vərəqə alıb. Onun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

25 yaşlı hücumçu Nigeriya millisində 27 oyun keçirib, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

İkinci pillədə PSJ və Mərakeş millisinin üzvü Hakimi yer alıb. İlk üçlüyü "Liverpul" və Misir millsinin forvardı Məhəmməd Salah qapayıb.

Transfermarkt portalına görə Afrika Kubokunun ən bahalı oyunçularının tam siyahısı belədir:

1. Viktor Osimhen (Napoli, Nigeriya millisi) - 110 milyon avro.

2. Achraf Hakimi (PSJ, Mərakeş millisi) - 65 milyon avro.

3. Mohamed Salah (“Liverpul”, Misir millisi) – 65 milyon avro.

4. Məhəmməd Kudus (“Vest Hem”, Qana millisi) – 45 milyon avro.

5. Ousmane Diomande (“Sportinq”, Fil Dişi Sahili komandası) – 40 milyon avro.

6. Edmond Tapsoba (“Bayer”, Burkina Faso millisi) – 40 milyon avro.

7. Andre Onana (Mançester Yunayted, Kamerun millisi) - 40 milyon avro.

8. Sehrou Guirassi (Ştutqart, Qvineya millisi) - 40 milyon avro.

9. Naif Ager (“Vest Hem”, Mərakeş millisi) – 38 milyon avro.

10. Pape Sarr (“Tottenhem”, Seneqal millisi) – 35 milyon avro.

11. Nikolas Cekson (“Çelsi”, Seneqal millisi) – 35 milyon avro.

12. Odilon Kossonu (Leverkuzen, Fil Dişi Sahili) - 35 milyon avro.

13. İsmael Bennaser (Milan, Əlcəzair millisi) - 35 milyon avro.

14. Andre-Frank Zambo Angissa (Napoli, Kamerun millisi) - 35 milyon avro.







Dünya çempionatı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
  • Dünya çempionatı
  • 15:25 18.10.2024
Lukaku: "Bir həftə ərzində hər gün ağladım"
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
  • Dünya çempionatı
  • 22:49 17.10.2024
Messi DÇ-2026-da mümkün oyun haqda danışıb
“Belə şəraitdə oynamaq çox çətindir"
  • Dünya çempionatı
  • 11:26 11.10.2024
“Belə şəraitdə oynamaq çox çətindir"
Eder Militao bu oyunları buraxacaq
  • Dünya çempionatı
  • 16:41 08.10.2024
Eder Militao bu oyunları buraxacaq