15 iyul 2026. Çərşənbə

Asiya Kubokunda ikinci finalçı məlum oldu

Asiya kubokunda növbəti finalçı müəyyənləşib.


Asiya Kubokunda ikinci finalçı məlum oldu

Asiya kubokunda növbəti finalçı müəyyənləşib.

90deqiqe.az xəbər verir ki, bu gün ev sahibi Qətər yığması İran yığmasıyla qarşılaşıb.

İranlılar matça daha yaxşı başlayıblar. Oyunun dördüncü dəqiqəsində Serdar Azmun komandasını hesabda irəli çıxarıb. Lakin bu üstünlük qısamüddətli olub. Qoldan cəmi 13 dəqiqədən sonra Qətər Abdulsallamın səyi ilə hesabı bərabərləşdirib. Üstəlik, birinci hissənin sonunda qətərlilər Əkrəm Afifnin qolu ilə önə keçməyi bacarıb. 

İkinci hissənin əvvəlində İran yenidən hesab fərqini azaldıb. Lakin 82-ci dəqiqədə qətərlilər üçüncü dəfə iranlıları məyus edib. Almoez Əli bu oyunda komandasının üçüncü və qələbə qoluna imza atıb.

Qətər 3:2 hesabı ilə qalib gələrək Asiya Kubokunun ikinci finalçısı olub. Onlar kubok matçında İordaniya ilə qarşılaşacaqlar. Yeri gəlmişkən, qətərlilər turnirin hazırkı çempionu olduqları üçün nailiyyəti təkrarlaya bilərlər.

Asiya kubokunun finalı fevralın 10-da baş tutacaq.







Dünya çempionatı

Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
  • Dünya çempionatı
  • 23:35 14.07.2026
Kilian Mbappe Uqo Lyorisin rekordunu geridə qoydu
"Yamal hər oyunda üç qol vurmalı deyil"
  • Dünya çempionatı
  • 23:56 13.07.2026
"Yamal hər oyunda üç qol vurmalı deyil"
Lionel Messi mundialda yeni rekorda imza atdı
  • Dünya çempionatı
  • 23:13 13.07.2026
Lionel Messi mundialda yeni rekorda imza atdı