26 mart 2026. Cümə axşamı

Afrika Millətlər Kubokunun qalibi BİLİNDİ

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi məlum olub.


Afrika Millətlər Kubokunun qalibi BİLİNDİ

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi məlum olub.

90deqiqe.Az xəbər verir ki, həlledici matçda Nigeriya və Kot-d'İvuar komandaları qarşılaşıb. Komandalar Abidjandakı (Kot d'İvuar) Olimpiya Alassane Ouattara Stadionunda qarşılaşıblar.

Üç qolun vurulduğu oyun Kot-d'İvuar seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Kot-d'İvuar karyerasında üçüncü dəfə turnirin qalibi olub. Komanda əvvəllər bunu 1992 və 2015-ci illərdə qazanıb.

Maraqlıdır ki, turnir zamanı Kot-d'İvuar yığması öz ölkəsində keçirilən Afrika Millətlər Kubokunda zəif nəticələr göstərdiyi üçün baş məşqçi Jan-Lui Qasse və onun köməkçisi Qisleyn Printanı istefaya göndərib.

Baş məşqçi səlahiyyətlərini icra edən Emers Fae təyin olunub.

Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku Kot-d'İvuarda 5 şəhərin altı stadionunda (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) yanvarın 13-dən fevralın 11-dək keçirilib. Turnirdə 24 milli komanda iştirak edib.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"