26 mart 2026. Cümə axşamı

Messi DÇ-la bağlı ETİRAF: "Mbappe hesabı bərabərləşdirəndə öz-özümə dedim ki..."


Messi DÇ-la bağlı ETİRAF: "Mbappe hesabı bərabərləşdirəndə öz-özümə dedim ki..."

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının final matçında, məhz fransalı hücumçu Kilian Mbappenin 118-ci dəqiqədə oyunu penaltilər seriyasında hesabı bərabərləşdirdiyi andakı emosiyalarından danışıb.

90deqiqe.Az xəbər verir ki, ulduz oyunçu həmin an arzusunun yenidən reallaşmayacağından qorxduğunu bildirib.

“Mbappe hesabı bərabərləşdirəndə öz-özümə dedim ki, mənim arzum yenədə gerçəkləşməyəcək? Xeyr, bu heç vaxt mənim başıma gəlməyib. Biz həqiqətən arxayın idik. İçimdə nə baş verməsindən asılı olmayaraq dünya çempionu olacağımıza əmin idim”, - deyə Messi "X" səhifəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, dünya çempionatının finalında Argentina Fransanı penaltilər seriyasında məğlub etmişdi. Matçın əsas vaxtı və əlavə vaxt heç-heçə başa çatıb. Mbappe het-trik, Messi isə dubla imza atıb. Daha bir qolu Anxel Di Maria vurub.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"