14 may 2026. Cümə axşamı

Cənubi Amerikanın ən bahalı futbolçuları - SİYAHI


Cənubi Amerikanın ən bahalı futbolçuları - SİYAHI

Nüfuzlu "Transfermarkt" onlayn portalı Cənubi Amerikanın ən bahalı futbolçularının komandasını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, siyahıya Braziliyadan 6 futbolçu yer alıb. İki uruqvaylı, bir ekvadorlu və iki argentinalı da siyahıda özünə yer tapıb.

Qapıçı: Ederson Moraes (40 milyon avro, Braziliya).

Müdafiəçilər: Pervis Estupinyan (35 milyon avro, Ekvador), Qabriel Maqalhaes (65 milyon avro, Braziliya), Ronald Araujo (70 milyon avro, Uruqvay), Eder Militao (70 milyon avro, Braziliya).

Yarımmüdafiəçilər: Bruno Gimarães (85 milyon avro, Braziliya), Federiko Valverde (100 milyon avro, Uruqvay).

Hücumçular: Vinisius Junior (150 milyon avro, Braziliya), Lautaro Martinez (110 milyon avro, Argentina), Julian Alvares (90 milyon avro, Argentina), Rodriqo Qoes (100 milyon avro, Braziliya).







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı