14 may 2026. Cümə axşamı

Kafu Braziliyanın Fransaya uduzduğu finaldan danışdı


Kafu Braziliyanın Fransaya uduzduğu finaldan danışdı

Braziliya millisinin sabiq müdafiəçisi Kafu millinin 1998-ci il dünya çempionatının finalında Fransaya uduzması ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, 53 yaşlı veteran futbolçu oyuna psixoloji olaraq hazır olmadıqları üçün məğlub olduqlarını bildirib.

"Hamı məndən bunun səbəbini soruşur (gülür). Çünki Fransa Braziliya yığmasından üstün idi. Braziliya yaxşı oynamadı, psixoloji cəhətdən yaxşı hazırlaşmadıq. Oyun ərəfəsində Ronaldonun başına gələnlər görə ondan narahat idik.Onun problemi olub və oyuna 6-7 saat qalmış xəstəxanaya aparılıb. Onunla oynayıb-oynamayacağını da az adam bilirdi. Biz stadiona çatanda o, qayıtdı və oynayacağını dedi."







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı