1 oktyabr 2026. Cümə axşamı

Poçettino ABŞ millisinin tarixində ən çox maaş alan məşqçi oldu


Poçettino ABŞ millisinin tarixində ən çox maaş alan məşqçi oldu

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino bu millinin tarixində ən çox maaş alan mütəxəssis olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Goal” xəbər verir

Mənbənin sözlərinə görə, mütəxəssis milli komanda ilə 2 il müddətinə və 6 milyon avro maaşla müqavilə imzalayıb.

ABŞ komandası 2026-cı il dünya çempionatında ev sahibi ölkənin komandası kimi seçmə turnirsiz iştirak edəcək.

Argentinalı mütəxəssisin son iş yeri 2023-cü ilin yayından 2024-cü ilin mayına kimi çalışdığı “Çelsi” klubu olub. Bu müddət ərzində onun rəhbərliyi altında bütün yarışlarda 51 görüş keçirən mavilər 27 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib və 14 dəfə məğlub olub.

Pochettino əvvəllər peşəkar məşqçilik karyerasında heç vaxt milli komandanın başında işləməyib, Maurisio İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın PSJ klublarına rəhbərlik edib.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər