1 oktyabr 2026. Cümə axşamı

"Nə vaxta qədər oynayacağımı deyə bilmərəm"


"Nə vaxta qədər oynayacağımı deyə bilmərəm"

Argentinanın futbolçuçu Lionel Messi Boliviya üzərində qələbədən sonra açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, ulduz oyunçu hər bir oyununun onun üçün sonuncu oyun olaraq düşündüyünü bildirib.

"Millidə nə vaxta qədər oynayacağımı deyə bilmərəm. Hər bir oyunum sonuncu ola bilər. Sadəcə insanların sevgisini hiss etmək və bundan zövq almaq istəyirəm. Bu məni ruhlandırır. Yaşıma baxmayaraq burda olmağımdan uşaq kimi sevincli və xoşbəxtəm". 

Dünən Dünya Çempionatın seçmə mərhələsi çərçivəsində Argentina doğma meydanda Boliviyaya 6:0 hesablı darmadağınla qalib gəlib. Argentina millisinin kapitanı Lionel Messin bu görüşdə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xatırladaq ki, Lionel Messi dünənki het-triki sayəsində millidə vurduğu qolların sayını 112-ə çatdırıb. Argentinalı futbolçu yığma komandalar arasında yalnız Kriştianu Ronaldodan geri qalır. "7 nömrə" Portuqaliya seçməsində keçirdiyi 216 oyuna 133 qola imza atıb. 







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər