1 oktyabr 2026. Cümə axşamı

"Martinez “Qızıl top”a hamıdan çox layiqdir”


"Martinez “Qızıl top”a hamıdan çox layiqdir”

Argentina millisinin və "İnter Mayami"nin kapitanı Lionel Messi milli komanda yoldaşı Lautaro Martinezlə bağlı açıqlama verib.

90deqiqe.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, ulduz forvard Martinesin "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib.

“O, möhtəşəm bir mövsüm keçirdi. O, finalda [qələbə qolunu] vuraraq Amerika Kubokunun bombardiri oldu. Lautaro “Qızıl top”a hamıdan çox layiqdir”

2024-cü ildə Martinez "İnter"lə İtaliya çempionatında qızıl medallar qazandı və eyni zamanda A Seriyasında mövsümün bombardiri oldu. Həmçinin, Argentina millisinin üzvü kimi o, Amerika kubokunu qazandı və burada da qol yarışında qalib gəldi. .

“Qızıl top” mərasimi oktyabrın 28-də Parisdə Chatelet Teatrında keçiriləcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər