26 mart 2026. Cümə axşamı

Lukaku: "Bir həftə ərzində hər gün ağladım"


Lukaku: "Bir həftə ərzində hər gün ağladım"

"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika millisinin DÇ-2022-də pley-offa çıxa bilmədikləri ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu Xorvatiya ilə oyundan sonra depressiyaya düşdüyünü bildirib.

“Xorvatiya ilə oynadıq,  hesab 0:0 olarkən özümə dedim: “Ümid var”. Sonra məni əvəz etdilər və matç necə keçdiyini bilirsiz. Həmin qarşılaşmada dörd real qol şansını əldən verdim. Allah belə qərar verdi, problem yoxdu. Amma sonra yumruğumla ehtiyat oyunçular skamyasına vurdum. Bütün narazılığım üzə çıxdı. 23 ildir futbol oynayıram və ilk dəfə idi ki, bu qədər üzülürəm. Depressiya haqqında heç düşünməmişdim, amma and olsun ki, tətilə getdim və bir həftə ərzində hər gün ağladım. Mən fiziki və əqli cəhətdən qırıldım” 

Xatırladaq ki, Lukaku daha əvvəl 2025-ci ilə qədər Belçika millisində oynamaqdan vaz keçdiyini açıqlamışdı.







Dünya çempionatı

"Rodri və Subimendi birlikdə oynaya bilər"
  • Dünya çempionatı
  • 23:54 25.03.2026
"Rodri və Subimendi birlikdə oynaya bilər"
"Neymar mənim ən böyük kumirlərimdən biridir"
  • Dünya çempionatı
  • 22:24 25.03.2026
"Neymar mənim ən böyük kumirlərimdən biridir"