7 aprel 2026. Çərşənbə axşamı

“ABŞ-ın Dünya Çempionatını qazanmaq şansı var”


“ABŞ-ın Dünya Çempionatını qazanmaq şansı var”

FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatının favoritləri ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın "beIN Sports"a istinadən verdiyi xəbərə görə,  funksioner, ABŞ-ın prezidenti Donald Trampa 2026-cı il Dünya Çempionatında Amerika millisinin qələbə qazana biləcəyini bildirib.

— 2026-cı il Dünya Çempionatının favoritləri kimlərdir?
— Argentina, Braziliya, İngiltərə, Almaniya və İspaniya.

— ABŞ çempion ola bilərmi?
— Azarkeşlərin dəstəyi ilə ABŞ çempion ola bilər. Onların oyunçuları dünyanın ən yaxşı klublarında çıxış edir.

— Deməli, şans var?
— Şübhəsiz ki, şans var.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin formatı dəyişdiriləcək: milli komandalar 12 qrupa bölünəcək və hər biri 3 oyun keçirəcək. Qrup mərhələsinin nəticələrinə əsasən, ilk iki yerin sahibləri və ən yaxşı səkkiz üçüncü yer sahibi pley-off mərhələsinə yüksələcək.

Turnirin əsas hissəsi ABŞ-da baş tutacaq. Burada 80 oyundan 60-ı, o cümlədən 1/4 final və sonrakı mərhələlər keçiriləcək. Kanada və Meksikada isə hərəyə 10 oyun oynanacaq.







Dünya çempionatı

"İtaliyada gənc futbolçulara şans verilmir"
  • Dünya çempionatı
  • 22:42 05.04.2026
"İtaliyada gənc futbolçulara şans verilmir"
“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı