6 iyul 2026. Bazar ertəsi

Yaponiya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanan ilk komanda olub


Yaponiya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanan ilk komanda olub

Yaponiya və Bəhreyn millilərinin qarşılaşdığı 2026-cı il dünya çempionatının seçmə turnirinin 7-ci turunun oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Yaponiyanın Saitama şəhərindəki “Saitama 2002” stadionunda baş tutan görüşdə Yaponiya yığması 2:0 hesabı ilə qalib gəlib.

Yaponlar dünya çempionatına vəsiqə qazanan ilk komanda olub.

Yaponiya yığmasının heyətində qolları Daiçi Kamada və Takefusa Kubo vurub. Hər iki qol ikinci hissədə vurulub.

Yaponiya yeddi oyundan 19 xalla 3-cü qrupda birincidir. Bəhreyn 6 xalla 5-ci yerdədir.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Bu üç ölkə avtomatik olaraq final hissəsində iştirak edəcək. Yaponiya turnirin dördüncü iştirakçısı olub.







Dünya çempionatı

Norveç Braziliyanı mundialdan kənarlaşdırdı
  • Dünya çempionatı
  • 02:07 06.07.2026
Norveç Braziliyanı mundialdan kənarlaşdırdı
"Qızıl top"u qazanmaq istərdim, amma..."
  • Dünya çempionatı
  • 23:20 05.07.2026
"Qızıl top"u qazanmaq istərdim, amma..."
"O, artıq əvvəlki futbolçu deyil"
  • Dünya çempionatı
  • 23:17 05.07.2026
"O, artıq əvvəlki futbolçu deyil"
"Yığmadan istədiyim vaxt gedəcəyəm"
  • Dünya çempionatı
  • 22:41 05.07.2026
"Yığmadan istədiyim vaxt gedəcəyəm"