1 oktyabr 2026. Cümə axşamı

FIFA bu komandanı Klublararası Dünya Çempionatından kənarlaşdırdı


FIFA bu komandanı Klublararası Dünya Çempionatından kənarlaşdırdı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA),  Meksikanın "Leon" klubunun 2025-ci il Klublararası Dünya Çempionatından kənarlaşdırılacağını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ali qurum, yaxın vaxtlarda "Leon"u əvəz edəcək klubun adını açıqlayacağını bildirib.

"Paçuka və Leona qarşı intizam icraatının başlanmasından sonra, FİFA İntizam Komitəsinin sədri, FİFA İntizam Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq, işi birbaşa FİFA Apellyasiya Komitəsinə göndərmək qərarına gəlib. FİFA Apellyasiya Komitəsinin sədri, bütün sübutları nəzərdən keçirərək qərara alıb ki, "Paçuka" və "Leon" 2025-ci il Klublararası Dünya Çempionatı Reqlamentinin 10(1) maddəsində göstərilən çoxkluba sahiblik meyarlarına uyğun gəlmir".

FİFA, həmçinin 2025-ci il Klublararası Dünya Çempionatı Reqlamentinin 10-cu maddəsinin 4-cü bəndinə əsaslanaraq, "Leon"un yarışdan kənarlaşdırılmasına və onun yerinin dəyişdirilməsinə qərar verib.

Klublararası Dünya Çempionatı 2025-ci ilin iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Meksikanın "Leon" və "Paçuka" klubları eyni şirkətə məxsusdur.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər