14 may 2026. Cümə axşamı

“Argentinaya qalib gələcəyimizə şübhə yoxdur”


“Argentinaya qalib gələcəyimizə şübhə yoxdur”

"Barselona"nın hücumçusu Rafinya DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin 14-cü turunun Argentina və Braziliya yığmaları arasında keçiriləcək oyunu ilə bağlı gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı oyunçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Biz Argentinaya qalib gələcəyik, buna şübhə yoxdur. Lazım gələrsə, meydanda və kənarda da mübarizə aparacağıq.”

Xatırladaq ki, Argentina turnir cədvəlində birinci, braziliyalılar isə üçüncü yerdədir. DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda Lionel Skaloni komandası qalib gəlib (1:0). Oyun martın 26-da baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 04:00-da səslənəcək.

 







Dünya çempionatı

Qavi DÇ-2026-dakı favoritini açıqladı
  • Dünya çempionatı
  • 21:10 06.05.2026
Qavi DÇ-2026-dakı favoritini açıqladı