29 iyun 2026. Bazar ertəsi

Levandovski Polşanın zəif çıxışına görə məyus olub


Levandovski Polşanın zəif çıxışına görə məyus olub

"Barselona"nın hücumçusu Robert Levandovski Polşa millisinin düşərgəsindən məyus halda ayrılıb.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən verdiyi xəbərə görə, polşalının məyus olması komandanın son beynəlxalq oyunlarda zəif çıxış etməsi ilə bağlıdır.

Üstəlik, forvard məşqçilər korpusunun bəzi qərarlarını başa düşməyib.

Xatırladaq ki, klub fasiləsində Polşa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki ev oyunu keçirərək Litvanı (1:0) və Maltanı (2:0) məğlub edib. Polşa millisinin növbəti oyunları iyun ayına planlaşdırılıb. Rəqiblər Moldova və Finlandiya komandaları olacaq.







Dünya çempionatı

"O, futbolun ən böyük simalarındandır"
  • Dünya çempionatı
  • 23:26 29.06.2026
"O, futbolun ən böyük simalarındandır"