4 aprel 2026. Şənbə

UEFA prezidenti dünya çempionatının 64 komandaya qədər genişləndirilməsindən danışıb


UEFA prezidenti dünya çempionatının 64 komandaya qədər genişləndirilməsindən danışıb

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin dünya çempionatının 64 komandaya qədər genişləndirilməsi imkanından danışıb.

90deqiqe.Az xəbər verir ki, idman rəsmisi qeyd edib ki, bu təklif UEFA üzvlərini çox təəccübləndirib və onun fikrincə, bu ideya ən yaxşısı deyil. 

"Bu, nə Dünya Çempionatı, nə də xüsusilə təsnifatlar üçün çox yaxşı fikir deyil.Qəribədir ki, əvvəllər bu barədə heç nə bilmirdik".

Daha əvvəl KİV Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Şurasında 2030-cu ildə keçiriləcək dünya çempionatının iştirakçı sayının 48-dən 64-ə qədər genişləndirilməsi məsələsini müzakirə etdiyi barədə məlumat yayıb.

Xatırladaq ki, DÇ-2026-da ilk dəfə olaraq turnirin əsas hissəsində 48 komanda iştirak edəcək.







Dünya çempionatı

“Milli komandadan getmək istədiyim an oldu”
  • Dünya çempionatı
  • 23:12 03.04.2026
“Milli komandadan getmək istədiyim an oldu”
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
  • Dünya çempionatı
  • 22:37 03.04.2026
Cennaro Qattuzo İtaliya yığmasından ayrıldı
Rumıniya yığması baş məşqçisiz qaldı
  • Dünya çempionatı
  • 16:23 02.04.2026
Rumıniya yığması baş məşqçisiz qaldı
Ançelotti mundialla bağlı iddialı danışdı
  • Dünya çempionatı
  • 12:46 02.04.2026
Ançelotti mundialla bağlı iddialı danışdı