4 fevral 2026. Çərşənbə

Neymar Braziliya millisinə baş məşqçi seçib


Neymar Braziliya millisinə baş məşqçi seçib

“Santos” klubunun və Braziliya millisinin hücumçusu Neymar, portuqaliyalı mütəxəssis Xorxe Xesusun yığmanın baş məşqçi postuna gətirilməsinə qarşı çıxıb.

90deqiqe.az “ESPN Brazil”ə istinadən xəbər verir ki, ulduz futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda birlikdə çalışdığı Xesusun milli komandaya rəhbərlik etməsini istəmir. Mənbənin məlumatına görə, Braziliya millisinin tarixində ən çox qol vuran oyunçusu olan Neymar, bu vəzifə üçün daha çox İtaliya təmsilçisi “Real Madrid”in baş məşqçisi Karlo Ançelottini dəstəkləyir.

Qeyd edək ki, Xorxe Xesus “Əl-Hilal”da Neymarın çalışdığı baş məşqçidir və onun Braziliya millisinin sükanı arxasına keçməsi ilə bağlı müzakirələr son günlərdə daha da intensivləşib.

Əlavə edək ki, Braziliya Dorival Juniorun qovulmasından sonra məşqçi axtarışına çıxıb və vakant yerə iddiaçılar arasında "Əl-Hilal"dan Xorxe Jezus və "Real"dan Karlo Ançelotti də var.







Dünya çempionatı

"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
  • Dünya çempionatı
  • 20:17 29.01.2026
"Ançelottinin gəlişi hər şeyi dəyişdi"
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
  • Dünya çempionatı
  • 23:22 22.01.2026
Ançelotti gələcəyi ilə bağlı qərar verdi
Martines Ronaldonun millidəki rolundan danışdı
  • Dünya çempionatı
  • 20:10 20.01.2026
Martines Ronaldonun millidəki rolundan danışdı