27 iyun 2026. Şənbə

Mourinyo Ronaldonun yeni baş məşqçisi ola bilər


Mourinyo Ronaldonun yeni baş məşqçisi ola bilər

Portuqaliya Futbol Federasiyası (FPF), milli komandanın baş məşqçisi postunda Robert Martinezi əvəzləmək üçün Joze Mourinyonu əsas namizəd kimi dəyərləndirir.

90deqiqe.Az “beIN Sports”a istinadən xəbər verir ki, federasiya bu məqsədlə Mourinyonun hazırda müqavilə ilə bağlı olduğu “Fənərbağça” klubu ilə yollarını ayırmağa hazırdır və bunun üçün təzminat ödəməyi belə planlaşdırır.

Məlumatda qeyd olunur ki, FPF 62 yaşlı mütəxəssisin rəhbərliyi altında 2026-cı il dünya çempionatına “maksimum zəmanətlərlə” hazırlaşmaq niyyətindədir. Federasiya, Millətlər Liqasındakı nəticələrdən asılı olmayaraq, Mourinyonun yığmaya qoşulmasına müsbət yanaşır.

Hazırda “Fənərbağça”nın baş məşqçisi olan Mourinyo Portuqaliyada milli komandanın sükanı arxasına keçməsi ilə bağlı əsas namizədlərdən biri kimi göstərilir.







Dünya çempionatı

İspaniya Uruqvayı minimal hesabla məğlub etdi
  • Dünya çempionatı
  • 09:45 27.06.2026
İspaniya Uruqvayı minimal hesabla məğlub etdi
Yeni Zelandiya Belçika qarşısında aciz qaldı
  • Dünya çempionatı
  • 09:42 27.06.2026
Yeni Zelandiya Belçika qarşısında aciz qaldı
Seneqal İraqı darmadağın etdi
  • Dünya çempionatı
  • 01:26 27.06.2026
Seneqal İraqı darmadağın etdi
Mbappe Messini geridə qoydu
  • Dünya çempionatı
  • 01:24 27.06.2026
Mbappe Messini geridə qoydu