1 oktyabr 2026. Cümə axşamı

"Real Madrid"də ayrılıq yaxınlaşır - Ançelotti Braziliya yolunda


"Real Madrid"də ayrılıq yaxınlaşır   -  Ançelotti Braziliya yolunda

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yaxın günlərdə Madrid klubundakı vəzifəsini tərk edə bilər.

90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, Braziliya Futbol Konfederasiyası may ayında italiyalı mütəxəssisin yığmaya baş məşqçi təyin olunması ilə bağlı danışıqları sürətləndirməyi planlaşdırır.

Bildirilib ki, Braziliya tərəfi Ançelottiyə 2030-cu il dünya çempionatının sonuna qədər uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. Federasiya belə hesab edir ki, bu təklif təcrübəli çalışdırıcının bəzi tərəddüdlərini aradan qaldıra bilər.

Əvvəl braziliyalılar Ançelottiyə daha qısa - 2026-cı il dünya çempionatının sonuna qədər müqavilə təklif etməyi planlaşdırırdılar.

Şənbə günü Ançelottinin rəhbərlik etdiyi "Real Madrid" İspaniya Kral Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə uduzub.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər